“14 ildə əhalinin adambaşına düşən gəliri 7,2 dəfə artıb”

Milli Məclisin növbəti plenar iclası keçirilir.

Metbuat.az xəbər verir ki, iclasda Azərbaycan hökuməti hesabat verir.

2017-ci ilin yekunlarına dair hesabat məruzəsini Baş nazir Artur Rasizadə təqdim edir. Baş nazir bildirib ki, son 14 il ərzində Ümumi Daxili Məhsul (ÜDM) 3,2 dəfə, sənaye istehsalında 2,6 dəfə, əhalinin adambaşına düşən gəliri 7,2 dəfə, əmək haqqı 6,8 dəfə artıb: “Bu müddətdə 1 mln. 900 mindən çox iş yeri açılıb”.

Artur Rasizadənin sözlərinə görə, bu illər ərzində yoxsullluq səviyyəsi 44,7%-dən 5,4%-ə enib: “Ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə artaraq 2017-ci ilin sonuna 42 mlrd. dollar təşkil edib. Əhalinin təbii qazla təmin edilməsi kimi sosial problemin həlli ilə bağlı davamlı tədbirlər nəticəsində qazlaşmasının səviyyəsinin 51%-dən 93%-ə yüksəldilib”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR