Hərbi çevriliş cəhdinin yeni ŞOK görüntüsü - VİDEO

Türkiyədəki xain şəbəkənin hərbi çevriliş cəhdi ilə bağlı yeni görüntülər yayılıb.

Metbuat.az "Milliyet"ə istinadən bildirir ki, 15 İyul dövlət çevrilişi cəhdi ərəfəsində 66-cı Mekanize Piyada Tuqay Komandanlığında keçirilən iclas, çevriliş təşəbbüsü günü briqadada baş verənlər və burada darbecilərlə toqquşan Piyada Qərargah polkovniki Səid Ərtürkün də aralarında olduğu 4 nəfərin şəhid edilməsi ilə "A Xəbər" televiziya kanalını işğal təşəbbüsünə dair 50-si məhbus, 132 müttəhimin mühakimə olunduğu məhkəmə dosyesinə yeni göründülər daxil olub.

Dava dosyesinə daxil olan 11 dəqiqə 32 saniyəlik görüntülərdə 14 İyul 2016 tarixində edilən çevriliş təşəbbüsü planlaşdırma toplantısı ilə 15 İyul 2016 tarixində çevriliş cəhdi əsnasında Topkule kazarmasında yaşanan hərəkətlilik yer alır.

Çevrilişdən bir gün əvvəl briqada komandirinin kazarmada çevriliş cəhdindən xəbərdar zabitlərlə keçirdiyi toplantıya dair hərəkətliliyin olduğu görüntülərdə 15 İyul 2016-ci il tarixində saat 23.20-də darbeci zabitlərin aksiyalar üçün informasiya mərkəzindən ayrılmaları, 02.22-də də" A Xəbər " kanalına işğal üçün gedən qrupun geri çevrilməsi görüntülərə əks olunub.

Tural İsmayılov/ Metbuat.az

Buna da BAX!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR