Bu gün Miqrasiya orqanları işçilərinin peşə bayramıdır

19 mart - miqrasiya orqanları işçilərinin peşə bayramı günüdür.

Metbuat.az xəbər verir ki, on bir il əvvəl məhz həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 560 saylı Fərmana əsasən, Dövlət Miqrasiya Xidməti yaradılıb.

2007-ci il martın 19-da Prezident İlham Əliyev müstəqil mərkəzi icra hakimiyyəti orqanı olan Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında Fərman imzalayıb. İndi Xidmətin istər mərkəzi aparatı, istərsə də regional miqrasiya idarələri ən müasir xidmət imkanları ilə təchiz edilib, müraciət edənlərə peşəkar xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb.

Məlumata görə, ötən il 2 milyon 692 min 219 halda əcnəbinin Azərbaycan Respublikasının ərazisinə girişi, 2 milyon 681 min 391 halda isə əcnəbinin ölkədən çıxışı qeydə alınıb. Ölkəyə girişi qeydə alınmış əcnəbilərdən 794 min 763 nəfəri olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı müraciət edib. Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikası ərazisində olma və yaşama icazələrinin, haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması, qaçqın statusunun müəyyənləşdirilməsi, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa, xitam və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı 92 min 35 müraciət daxil olub. Miqrasiya qanunvericiliyinin tələblərini pozmuş 21 min 438 əcnəbi və vətəndaşlığı olmayan şəxs barəsində müvafiq qərarlar qəbul edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR