“Bu, türk-ərəb-kürd qardaşlığının bir həmrəylik tablosudur”

“Afrin azad olundu. Afrində zəfərin ən dəyərli tərəfi budur ki, hücumda Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusu ilə yanaşı müsəlman kürdlərdən təşkil olunmuş Həmzə qruplaşması da iştirak edib”.

Metbuat.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa sosial şəbəkədəki hesabında yazıb. Millət vəkilinin sözlərinə görə, həmin müsəlman kürdlər PKK/YPQ-yə kürd xalqının adından sui-istifadə edən erməni-marksist bandası kimi baxırlar: “Türk-Ərəb-Kürd qardaşlığının bir həmrəylik tablosudur bu. Türkiyənin gələcəkdə bölgəyə gətirəcəyi barışın da işarəsidir bu. Çünki Suriya elə bir coğrafiyadır ki, bu amili heç cür diqqətdən qaçırmaq olmaz.

Türk ordusunun burada uzun müddət qalmaq niyyətində olmadığı bəlli. Bölgənin gələcək sabitliyinin təminatı üçün mütləq dini və etnik zəmində uzlaşmaya ehtiyac var. Bütün hallarda Çanaqqala Zəfəri ilə Afrin Zəfərinin üst-üstə düşməsi sevindiricidir. Azərbaycanda bu zəfəri sevinclə qarşılayanlara, Türk Ordusu üçün dualarını, sevgilərini əsirgəməyənlərə Salam olsun!”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR