“Azərbaycan Respublikasının multikulturalizm siyasəti”

Prezident yanında Dövlət İdarəçilik AkademiyasındaAzərbaycan RespublikasınınPrezidenti Administratsiyasının“Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər” şöbəsinin müdiri, professorEtibar Nəcəfovun “Azərbaycan Respublikasının multikulturalizm siyasəti” mövzusunda tələbələrləgörüşü baş tutub.

Metbuat.az xəbər verir ki, ilk olaraq, qonaqları salamlayan Akademiyanın “Humanitar və sosial məsələlər üzrə” prorektoru, hüquq elmləri doktoru Mehdi Abdullayev, aktual mövzulara həsr olunmuş bu kimi görüşlərin vacibliyinə toxunub. O, dövlət tərəfindən aparılan multikulturalizm siyasətinin Azərbaycanın bir brendinə çevrildiyini vurğulayaraq MultikulturalizminAzərbaycanda əsrlərdən bəri formalaşan bir dəyər olduğunu qeyd edib.

Professor Etibar Nəcəfov ilk olaraq multikulturalizmin dünya praktikasına nəzər yetirərək, ölkədə bu səpkidəki mövcud durum haqqında fikir bildirib. Diqqətə çatdırmışdır ki, Azərbaycanda multikulturalizm dövlət siyasətidir. Bu siyasətin Azərbaycanda bərqərar olmasında ulu öndər Heydər Əliyevin rolu böyükdür. Müasir dövrdə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Multikulturalizm təzahürlərindən biri Azərbaycanda dövlət və din münasibətlərinin yüksək səviyyədə olmasıdır.

Bu isə özünü dini azadlıqların təmin edilməsində, bütün dinlərin və dini məzhəblərin qanun qarşında bərabər olmasında, onların fəaliyyətinə dövlət tərəfindən dəstək göstərilməsində və dinlərarası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulmasında göstərir. Multikulturalizm siyasəti dövlətin inkişafında mühüm rol oynayır. Azərbaycanda multikulturalizm siyasəti səmərəli şəkildə həyata keçirilir. Ölkəmiz dünyada multukulturalizm mərkəzi kimi tanınır və onun bu sahədə rolu yüksək qiymətləndirilir, təcrübəsi öyrənilir.

Etibar Nəcəfov qeyd edib ki, ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biri dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviqidir. Bu istiqamətdə Azərbaycan böyük uğurlara imza atıb. Son zamanlar bir – birinin ardınca ölkəmizdə baş tutan beynəlxalq səviyyəli tədbirlər bunun bariz nümunəsidir.

Görüş tələbələrin fəal iştirakı şəklində keçmiş, onlar mövzu ətrafında öz fikirlərini bildiriblər. Sonda gənclər adından DİA –nın gənclərlə iş üzrə məsul şəxsi Zaur Məmmədov PA şöbə mudiri, professor Etibar Nəcəfova belə bir maraqlı mövzu ətrafında baş tutanmaraqlı diskussiya üçün təşəkkürünü bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR