Üz dərisini cavanlaşdıran masaj - VİDEO

Üz dərisini cavanlaşdıran masaj - VİDEO
14:58 21 Mart 2018
Ölkə mətbuatı
A- A+

Üz dərisinə qulluq etmək üçün müxtəlif kosmetoloji üsullardan istifadə edirik. Bunların tərkibində cürbəcür kimyəvi qatqılar, mayelər olur. Üz dərisinə uyğun ləvazimatların alınması bir tərəfdən, kosmetoloji mərkəzlərin xərci də digər tərəfdən. "Gözəllik həqiqətən də qurban yox, qurbanlar" tələb edir. Bu dəfə isə sizə Rusiyalı kosmetoloq Anjelika Şandra kosmetoloji məsləhətlərini təqdim edəcəyik.

Kosmetoloq xanımlara ev şəraitində heç bir əlavə vasitələrdən istifadə etmədən iki ədəd çay qaşığının köməyi ilə üzü rahatladacaq masaj haqqında danışır. Əvvəlcə üzünüzə uyğun olaracaq şəkildə 2 çay qaşığını(ölçüsü kiçik və ya nisbətən böyük ola bilər) təmiz pambıq və spirt vasitəsilə təmizləyirik. Daha sonra üz dərisinə uyğun olaraq, əgər sizin üzünüz quru dəri qruöuna daxildirsə, yağlı krem istifadə etmək olar. Bu qaşığın üz dərisində rahat hərəkət etməsinə kömək edəcək. Kremi üz dərisinə yedirtdikdən sonra masaja başlamaq olar. Bunu eyni zamanda boyun hissəyə də tətbiq etmək olar.

Masaj hərəkətləri isə görüntülərə uyğun şəkildə aparılmalıdır. Bu masajı hər gün səhər tezdən işə getməzdən qabaq və axşam yuatmazdan qabaq tətbiq etməklə, üzünüz daha da gözəl və təravətli olacaq.

Publika.az həmin videonu təqdim edir:

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gozellik/234980.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR