Komissiyadan verilən məlumata görə, ən əsas dəyişiklik nəticəsində dövlət orqanlarının 6 və 7-ci təsnifat inzibati vəzifələri üçün informasiya texnologiyaları üzrə test proqramına “Microsoft Office PowerPoint 2007” proqramı daxil edilib.
“Microsoft Office PowerPoint 2007”-nin test proqramına daxil edilməsinə əsas səbəb bu proqramın bütün instansiya dövlət orqanlarında çalışan dövlət qulluqçuları tərəfindən ölkə daxilində və xaricində keçirilən tədbirlərdə təqdimat və çıxışlar zamanı geniş istifadə edilməsi olub.
Həmçinin aktuallığı nəzərə alınaraq informasiya texnologiyaları üzrə hər iki test proqramına “Elektron təhlükəsizlik” mövzusu əlavə edilib.
CAHANGİR