"Bayern Münhen" və Almaniya millisinin qapıçısı Manuel Noyer zədəsini sağaldıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 32 yaşlı qolkiper ümumi qrupla məşqlərə də başlayıb. Noyerin zədə sarıdan bəxti 2017-ci ilin aprelindən gətirmir.

Çempionlar Liqasının 1/4 finalında "Real"la oyunda ciddi zədə alan qapıçı bu səbəbdən Konfederasiyalar Kubokuna gedə bilməmişdi. Sentyabrda məşqdə ayağını sındıran Noyer bu dəfə daha uzun müddət bərpa prosesi keçməli olub.

Təcrübəli qapıçı dünya çempionatını da buraxmamaq üçün üzərində ciddi çalışmalı və optimal formasını bərpa etməlidir.

Milli.Az