Ağcabədidə möhtəşəm mitinq keçirildi - YAP

Ağcabədi şəhər stadionunda Yeni Azərbaycan Partiyası Seçki Qərargahının Ağcabədi rayon şöbəsinin təşkilatçılığı ilə Prezidentliyə namizəd İlhamHeydər oğlu Əliyevinnamizədliyinin müdafiəsi kampaniyasıçərçivəsində möhtəşəm mitinq-konsertkeçirilib.

Metbuat.az-ın məlumatına görə, tədbirdə YAP Seçki Qərargahının Ağcabədi rayon şöbəsinin sədri Rövşən Əhmədov çıxış edərək qeyd etdi ki, bu günhər bir Ağcabədi sakini, bu möhtəşəm toplantıya gələn hər bir kəs ömrünün ən xoşanlarını yaşayır. Bunusizin qəlbinizdəki inamdan, gözünüzdəki sevincdən duymaq olur. Böyük ümidləriniz, sevinciniz, alqışlarınız hər birimiz üçün əziz olan, müdrik bir insana – cənab İlham Əliyevə olan sonsuz məhəbbətin, ehtiramın, sədaqətin ifadəsidir.

Bu məhəbbəti cənab İlham Əliyev Prezident seçildiyi ilk gündən - son 14 ildə hər gün, hər an öz fəaliyyəti,uzaqgörən siyasəti, xalqa – vətənəxidmətləri ilə Sizin, bütün Azərbaycanlıların qəlbinə həkk edib, əbədiləşdirib.

Ulu Öndərimizin bəşəri ideyalarını uğurla davam etdirən cənab İlham Əliyev Azərbaycanısosial - iqtisadi cəhətdən sürətlə inkişaf edənbir ölkəyə çevirməklə bərabər beynəlxalq aləmdə nüfuzumuzu yüksəldib, dövlətimizi bütün dünyada tanıtdırıb, ölkədə ictimai sabitliyi bərpa edib, vətəndaşların təhlükəsizliyi, firavan həyatı üçün nə varsa həyata keçirib.

Məhz buna görə də cənab İlham Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzolunmaz fəaliyyəti, hesabagəlməz xidmətləri nəzərə alınaraq o, Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının Prezidentliyinə namizəd irəli sürülüb və sözsüz ki, bu təklif bütün xalqın, dövlətimizi azad və xoşbəxt görmək istəyən hər bir kəsin ürəyindəndir.

Biz qürurla deyə bilərik ki, Ağcabədi bu gün Respublikanın ən inkişaf edən,tanınmaz dərəcədə dəyişən və ölkənin iqtisadi həyatında öndə gedən rayonlardan biridir. Cənab İlham Əliyevin öz fəaliyyəti dövründə 5 dəfə rayona səfər etməsi, nailiyyətlərimizə qiymət verib, çətinliklərimizin aradan qaldırılması üçüntəsirli tədbirlər görməsi, öz qayğısını heç vaxt əsirgəməməsi inkişafımızın əsası olub.

Biz həmişə haqqa - ədalətə önəm verən, xalqını - vətəninidərin məhəbbətlə sevən, fəaliyyəti ilə əməlləri bir olan Liderə arxalanmışıq. Belə bir insan, belə bir qətiyyətli rəhbər, belə bir müdrik siyasətçi İlham Əliyevdir. Mən bütün Ağcabədi sakinlərinin adından danışdığıma, onların fikrini ifadə etdiyimə görə qürurduyur və bir dahadeyirəm.

Ağcabədililər bir nəfər kimi cənab İlham Əliyevi müdafiə edir və cənab İlham Əliyevə səs verəcəklər. Biz gələcəyimizə, inkişafımıza, xoşbəxtliyimizə - cənab İlham Əliyevə səs verəcəyik.

Mitinqdə YAP Seçki Qərargahının Ağcabədi rayon şöbəsinin təbliğatçısı Qarabağ müharibəsi əlili Ramil Nağıyev, Prezidentliyə namizəd İlham Əliyevin təbliğat kampaniyasının təbliğatçılarından MM-in deputatları Tahir Rzayev, Bəxtiyar Əliyev və Bəxtiyar Sadıqov çıxış edərək cənab İlham Əliyevin rəhbərliyi altında son 15 il ərzində həyata keçirilmiş işlər və qazanılmış uğurlu nailiyyətlər barədə öz fikirlərini bölüşdülər vəseçiciləri 11 aprel 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyasinın vahid namizədi İlham Əliyevə səs verməyə səslədilər.

Tədbirdə Azərbaycanın görkəmli incəsənət xadimlərinin iştirakı ilə genişkonsert proqramı nümayiş etdirilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR