Salvador sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.

Yerli vaxtla saat 17:23-da qeydə alınan yeraltı təkanların episentri paytaxt San-Salvadordan 84 km cənub-şərqdə, ocağı 80 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.