“Facebook” zarafatı

Metbuat.az-ın verdiyi məlumata görə, ABŞ-ın Texas ştatı Houston şəhərində bir benzin stansiyasında Kassandra Nikkole Damper adlı 25 yaşındakı qadın “Facebook”dan canlı yayım etdiyi zaman dostunun silahı ilə oynayıb və Devyn Holmesu səhvən başından vuraraq öldürüb.

Görüntülərdə vurulan adamın qadının əlindən silahı almağa çalışdığı və qadına “məni əsəbləşdirirsən” dediyi də görülüb.

Həmin anlar canlı yayımda izləyənlərin gözləri önündə gerçəkləşib.

Gənc qadın polis tərəfindən saxlanılıb.

Polis Kassandranın görüntülərini silərək dəlilləri yox etməyə çalışdığını deyib. Qadına 6 aylıq həbs cəzası verilib.

Günay Sadıxova/Metbuat.az

http://matbuat.az/news/926561/okeanda-itirdiyi-kamerasini.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR