Türkiyənin Van əyalətində 3,6 bal gücündə zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, hadisə yerli saatla 22:14-də qeydə alınıb.

Məlumata görə, yeraltı təkanların episentri Özalp rayonunda, ocağı isə 5 km dərinlikdə yerləşib.