"Azərbaycan aprel döyüşlərini təkrar edəcək"

“Azərbaycanda keçirilən prezident seçkilərindən sonra Ermənistan-Azərbaycan sərhəddində və təmas xəttində çox gərgin vəziyyət yaranacaq”.

Metbuat.az AzVision.az-a istinadın xəbər verir ki, bunu “Aysor.am” saytına açıqlamasında erməni politoloq Levon Şirinyan deyib. Onun sözlərinə görə, imkan olan kimi rəsmi Bakı aprel döyüşlərini təkrar edəcək.

“Ermənistanın iqtisadi, siyasi müttəfiqi və sponsoru olan Rusiya rəsmi İrəvanla strateji vəzifələri müzakirə edərək həll etməyib. Ermənistan tərəfi ölkədə ciddi islahatlar aparmalıdır. Hakimiyyətdə intellektual olmaq lazımdır” - politoloq qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR