Ermənilərin Gürcüstana gözü düşüb (FOTO)

Ermənilərin Gürcüstana gözü düşüb (FOTO)
18:51 11 Yanvar 2015
347 Dünya
Ölkə mətbuatı
A- A+

“Gürcüstan rəhbərliyi Cavaxetiyanın faktiki ilhaqı faktı ilə barışandan sonra öz vətəndaşlarının yanındakı hörmətini itirdi. Ermənistanın bundan sonra Gürcüstanın müqəddəs məkanlarına da əl uzatmayacağına təminat var idimi ki?! Bunu görmək çətin idimi ki?!”

ANS PRESS-in məlumatına görə, bu sensasion açıqlama ilə Ermənistanın növbəti təxribatını virtualaz.org saytının xüsusi müxbirinə şərh edən tanınmış gürcü ermənişünas-alimi, professor Bondo Arveladze çıxış edib.
Professorun sözlərinə görə, Ermənistan bu dəfə də Gürcüstanın çoxsaylı unikal xristian tarixi abidələrini “erməni abidələri” elan etməyə başlayıb. Belə ki, Gürcüstandakı erməni yeparxiyasının nümayəndəsi, yepiskop Mirzəxanyan Gürcüstan hökumətinə müraciət edərək nə az, nə çox - 450-dək qədim gürcü kilsəsinin erməni yeparxiyasının sərəncamına verilməsini tələb edib.


Erməni həyasızlığından hiddətlənən professor B.Arveladze bildirir ki, ermənilərin bu iddiasının heç bir elmi-tarixi əsası yoxdur: “Saxtakar ermənilər bu şərəfsiz işlə neçə onilliklərdir məşğul olurlar. Onlar öz sərsəm iddiaları üçün tədricən “tarixi əsaslar” hazırlayır. Sonuncu belə cəhd İrəvanda “Gürcüstanın erməni kilsələri” adlı məlumat kitabçası və xəritənin nəşr edilməsidir. Mən bu kitabçanın müəllifi Samvel Petrosyana üç dildə - gürcü, rus və Azərbaycan dillərində cavab verdim. Dedim ki, bu kitaba salınan kilsələrin 80 faizi tərtəmiz gürcü kilsələridir. Məsələn, erməni müəlliflər iddia edirlər ki, XVIII əsrin 70-80-ci illərində Zuqdididə tikilən kilsə erməni kilsəsidir. Halbuki tarixi məxəzlər də göstərir ki, həmin dövrdə Zuqdididə cəmi 3 erməni yaşayıb və onlar orada heç nə tikməyiblər. Bu, heç mümkün də deyildi”.

Əgər söhbət bir çox cəhətlərdən ümumi tarixə malik bu iki ölkənin alimləri arasındakı adi elmi mübahisədən getsəydi, bu məsələyə nöqtə qoymaq olardı. Lakin məsələ bu dəfə daha ciddidir. Gürcüstanın Mədəniyyət və Tarixi Abidələrin Mühafizəsi Nazirliyində də bu erməni iddiaları artıq zarafat kimi qəbul olunmur. Çünki hökumət başçısı erməni yepiskopun müraciətini artıq Gürcüstanın Dini İşlər üzrə Agentliyinə göndərib.

Agentliyin başçısı Zaza Vaşakmadze isə başını itirib, nə edəcəyini bilmir. Axı ermənilər birdən-birə 442 kilsənin onlara verilməsini tələb edirlər. Dərd orasındadır ki, hələ bu da hamısı deyil! Erməni katoliklərindən bu yaxınlarda daxil olan növbəti məktubda onlarla digər gürcü kilsəsinin də ermənilərə verilməsi tələb olunur!
Z.Vaşakmadze və həmkarlarının başı bu qəliz məsələnin öyrənilməsi ilə məşğul olacaq xüsusi komissiyanın yaradılmasına qarışanda Gürcüstan cəmiyyəti ermənilərin bu növbəti iddialarından da xəbər tutdu.


“Ermənilər gürcülərdən neçə kilsəni tələb edir? 450 kilsəni? Gürcüstanda hələ qədim zamanlardan bəri ucaldılan kilsələrin bəs niyə hamısını yox? Axı belə sərsəmliklər Eçmiədzin tərəfindən adətən dini-ideoloji cəhətdən “erməni həqiqəti” kimi sırınır” - deyə Suxumi Universitetinin professoru Quram Marxuliya növbəti erməni həyasızlığı qarşısındakı hiddət və kinayəsini boğa bilmir.

Q.Marxuliya xatırladır ki, erməni din xadimləri hələ XVIII əsrdən etibarən vandal “arxeoloqlar”la əl-ələ verərək müasir Ermənistan ərazisindəki qədim gürcü məskənlərinin izlərini silməklə məşğul olublar, bu ərazilərdəki qədim gürcü məbədlərinin və qəbirüstü daşların üzərində “qədim erməni” ornamentləri çəkib, o abidələri bu yolla özününküləşdirməyə cəhdlər ediblər.

“Ermənilərin ən “müqəddəs milli məşğuliyyəti” özlərini başqa xalqların və mədəniyyətlərin hesabına ucaltmağa, qədimləşdirməyə çalışmaqdır. Erməni saxtakarlığı və qəsbkarlığı təkcə torpaqları və tarixi abidələri hədəf seçməyib. Ermənilər şərabı, xaçapurini, lavaşı, tütəyi, digər şeyləri də erməniləşdirməyə gülünc cəhdlər göstərirlər. Burada söhbət ermənilərin başqalarına məxsus olan dəyərləri, ümumən hər şeyi oğurlamaq, ələ keçirmək arzusundan gedir. Bu idbar arzu fenomenal bir şeydir. Ona izah yoxdur. Hətta ənənəvi təbabət də bu erməni xəstəliyi qarşısında acizdir. Onların genləri xarabdır!” - deyə professor Q.Marxuliya ermənilər haqda fikirlərini bölüşür.

Gürcü alimlərinin sözlərinə görə, müqəddəs gürcü məbədlərinə sahiblənməyə çalışan ermənilərin bu iddiasının əsassızlığını yaxın tarixə aid sənədlər də təsdiqləyir. Belə ki, 1801-ci ilə (gürcü dövlətçiliyinin ləğv olunmasına) qədər bu ərazilərdə ermənilərə öz kilsələrini tikmək rəsmən qadağan olunubmuş! Səbəb də sadə idi: pravoslavlıq (gürcülər isə pravoslavdır) erməni kilsəsini qəbul etmir, onu küfr sayır.

XIX əsrin ortalarına qədər ermənilər Cənubi Qafqaza hələ təzə-təzə yerləşib uyğunlaşırdı. Ona görə də onların burada möhtəşəm kilsələr tikməsindən söhbət belə gedə bilməzdi. Bunu ermənilər özləri də başa düşürdü. Amma artıq XIX əsrin sonlarına doğru onlar taktikanı dəyişdilər, daha asan yol tapdılar: qədim gürcü kilsələrini “erməniləşdirib” onları özününkü elan etmək.


“Şərqi Gürcüstana İran şahı Ağa Məhəmməd Qacar tərəfindən köçürülən ermənilər burada olan və işğallar zamanı dağıdılan bütün qədim gürcü kilsə və monastırlarını ələ keçirmək imkanı qazanmışdılar. Bunu bu yaxınlarda üzə çıxan təzə fakt da sübut edir. Gürcü arxeoloqları bu yaxınlarda Tiflisdəki qədim kilsənin bünövrəsindən daş lövhələr tapıblar. XVI əsrə aid həmin daş lövhələrin üzərində gürcü dilində yazılar var. Daşlar isə yalan danışmır. Amma onlar gürcülərin müqəddəs məbədləri üzərinə ekspansiyaya başlamış ermənilərin yalanlarının üstünü açmaq gücündədir” - deyə erməni yepiskopunun qalmaqallı münasibətini şərh edən professor Q.Marxuliya bildirir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR