Rusiyada qopan buzun üstündə qalan balıqçılar xilas edilir

Son məlumatlara görə,Saxalin vilayətində qopan buzlağın üzərində qalan 30 balıqçının xilasetmə əməliyyatına başlanılıb.

Rusiyanın Saxalin vilayətində qopan buzlağın üzərində 30 balıqçı xilas edilmələrini gözləyirlər. Buz birləşdiyi adadan qoparaq açıq dənizə tərəf «dreyf edib».

Hazırda Saxalində RF FHN-nin axtarış xildasetmə bölmələri, Korsakov qəza-xilasetmə bölməsi və Kiçik gəmilərin dövlət təftiş idarəsinin müfəttişləri axtarış xilasetmə əməliyyatların başlayıblar. //Xezerxeber


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR