Şərqi Qutadakı kimyəvi hücumda sinir qazı istifadə edilib

Ağ Evə yaxın mənbələr Şərqi Qutadakı kimyəvi hücumda sinir qazı istifadə edildiyini bildirib.

Metbuat.az xəbər verir ki, hücumun kim tərəfindən həyata keçirildiyi hələ ki, məlum deyil.

Xatırladaq ki, Şərqi Qutadakı kimyəvi hücumdan sonra ABŞ prezidenti Donald Tramp Əsəd rejimini günahlandıraraq "Heyvan Əsəd, qarşılığı ağır olacaq" demiş və Suriyada mərkəzi hökümətə hücum təhdidi etmişdi.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR