ABŞ Suriyada böyük hücuma hazırlaşır?

Şərqi Qutaya edilən kimyəvi hücuma cavab olaraq Mərkəzi Kəşfiyyat İdarəsi və Pentaqon Əsədə aid 22 mühüm ərazinin xəritəsini çıxarıb.

Metbuat.az xəbər verir ki, vurulacaq nöqtələr arasında şiə milislərin daha çox olduğu strateji bölgələr də var. Həmçinin, Humus və Tartus bölgələrində ABŞ hədəfləri arasında yer alan 2 hərbi mərkəzdə rus əsgərlərinin olduğu deyilir.

"Yeni Şafak"ın xəbərinə görə, vurulacaq hərbi bazalar məsələsində Fransa, İngiltərə, ABŞ və İsrail əməkdaşlıq edəcək, Suriya rejiminə aid hərbi qərargahların bombardmanı dəniz, torpaq və hava raketləri vasitəsilə həyata keçiriləcək.

Suriya Beynəlxalq Münasibətlər üzrə mütəxəssis Zəkəriyə Molahafci ABŞ-ın detallı hədəf xəritəsi çıxardığını, Suriya daxilində 20-dən artıq hərbi bazanı bir neçə gün ərzində vurmağa hazırlaşdığını bildirib. Deyrizor-El Bukemal xəttində İŞİD cəbhəsində yaşanan hərəkətliliyə diqqət çəkən Molahafci ABŞ-ın yanına Fransa, İngiltərə və İsraili alaraq başda hərbi hava limanları olmaq üzrə strateji nöqtələri bombalayacağını iddia edib.

Molahafci Humus, Şam, Tartus və Hama ilə birlikdə Haseke, Deyrizor və Rakka sərhədləri daxilində yer alan hərbi qərargahların da hədəflər arasında yer aldığını söyləyib.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR