Saxta içkidən 76 nəfər ölüb - Son 10 gün ərzində

İndoneziyada son 10 gündə saxta içkidən ölənlərin sayı 76 nəfərə çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə Qərbi Cava polis sözcüsü Trunoyudo Andiko açıqlama verib. Onun sözlərinə görə, paytaxt Cakarta və ətraf şəhərlərdə son bir həftədə saxta içkidən 31 nəfər ölüb, Qərbi Cava bölgəsinin üç fərqli yerində eyni səbəblə ölənlərin sayı isə 45 nəfərə çatıb.

Bandunq kəndi yaxınlarındakı Cicalenqkada 90-dan çox insanın xəstəxanaya aparıldığını bildirən Andiko, təhlükəsizlik qüvvələrinin saxta içki istehsal etdikləri ya da satdıqları şübhəsi ilə 7 nəfəri həbs etdiklərini bildirib.

Aysel Yaqubqızı / Metbuat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR