Səudiyyə Ərəbistanında 85 min illik kəşf tapılıb

Səudiyyə Ərəbistanında çöldə ilk insana aid olduğu güman edilən barmaq qalığı tapılıb.

Metbuat.az xəbər verir ki, "Ecology and Evolution" jurnalında yayımlanan kəşf Səudiyyə Ərəbistanının el Vusta bölgəsində tapılıb.

Araşdırmaçılar qorunmuş bir dərə yatağında tapılan barmaq qalığının 85 min il əvvəl yaşayan ilk insana aid ola biləcəyini bildirib.

Əgər kəşf doğrulanarsa, o Ərəb yarımadasında 85 min əvvəl yaşayan ilk insana aid qalıntı kimi tarixə düşəcək.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR