Mardin vilayətinin Nusaybin rayonunda terror təşkilatı PKK/PYD-dən qaçan terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub.
Metbuat.az xəbər verir ki, vilayətdən verilən açıqlamada Nisaybində aprelin 9-da terror təşkilatı PYD/PKK mənsubunun Suriya sərhədində təhlükəsizlik qüvvələrinə silahsız təslim olduğu yer alıb.
Terrorla mübarizə çərçivəsində əhalinin təhlükəsizliyini təmin etmək üçün ərazidə əməliyyatlar davam etdirilir.
Aysel Yaqubqızı / Metbuat.az