12 "Anka" iş başındadır

Türk Havaçılıq (aviasiya) və Kosmos Sənaye AŞ (TUSAŞ / TAİ ) mühəndisləri tərəfindən istehsal edilən "Anka" pilotsuz uçuş aparatlarının təhlükəsizlik qüvvələri tərəfindən istifadəsi artıb.

Metbuat.az xəbər verir ki, təhlükəsizlik qüvvələrinin kəşf, hədəfi müəyyənləşdirmək, təyinetmə və təqib ehtiyaclarını qarşılamaq üçün istehsal edilən "Anka"lar bu tapşırıqları gecə və gündüz, pis hava şəraitlərində belə yerinə yetirir.

Faydalı yük tutumu 200 kiloqram olan pilotsuz aparatlar 30 min fit yüksəkliyə çıxa bilir və 24 saat ərzində tapşırıqları yerinə yetirir.

Məlumata görə, TAİ-nin istifadəyə verdikləri "Anka" sayı 12-ə çatıb.

Aysel Yaqubqızı / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR