Zamanda səyahət etmək mümkün olacaq

British Columbia universitetindən bir neçə araşdırmaçı zaman maşını üçün riyazi modellə çıxış ediblər.

Metbuat.az bildirir ki, tədqiqatçı Benjamin Tippett riyaziyyat və fizika qanunları ilə zamanda səyahət üçün formul inkişaf etdirib və bunu “Classical and Quantum Gravity” jurnalında yayımlayıb.

Tippett deyir: “İnsanlar zamanda səyahətin bədii hadisə olduğunu düşünürlər. Çünki əslində, bunu edə bilmirik. Lakin riyazi olaraq, bu proses mümkündür”.

Bu tədqiqat üçün Tippett kosmik zaman, qeyri-nizamlı, geriyə qayıdan bir sahənin riyazi modelini yaradıb. Modelin tərkibini isə geniş dairəvi yoldan keçərkən irəli və geriyə, kosmos və zaman boyu daşıyan kosmik zaman qabarcığı kimi dəyərləndirib. Qabarcıq zamanla geriyə hərəkət edərək, bəzən kosmik zamanda işıq sürətindən daha sürətli hərəkət edir.

Tippett, “Kosmik zaman araşdırması həm maraqlıdır, həm də problemli. Amma eyni zamanda riyaziyyat və fizikadan istifadə etmək üçün ən əyləncəli üsuldur. Bu sahədəki mütəxəssislər 1949-cu ildən bəri zaman maşınlarının ehtimal dərəcələrini araşdırırlar. Mənim inkişaf etdirdiyim metod isə bunu həyata keçirmək üçün tamamilə yenidir” deyib.

Nərgiz Nənə/ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR