Parisdə önəmli görüş - FOTO

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman rəsmi görüş üçün getdiyi ParisFransa prezidenti Emmanuel Makron ilə bir araya gəlib.

Metbuat.az xəbər verir ki, görüşün ardından Makron və Məhəmməd ibn Salmana Livanın baş naziri Saad Hariri də qatılıb.

Hariri "Twitter" hesabından Makron və Məhəmməd ibn Salmanla çəkilən "selfie"ni "şərhsiz" ifadələri ilə paylaşıb.

Xatırladaq ki, keçən ilin noyabr ayında Saad Hariri Səudiyyə Ərəbistanına getdikdən sonra bir müddət ölkəsinə dönməmiş, livanlı liderin əsir tutulduğu iddiaları irəli sürülmüşdü. Hariri Riyadda verdiyi açıqlamada ona qarşı sui-qəsd ediləcəyini bildirərək vəzifəsindən istefa vermiş, ancaq ölkəsinə döndükdən sonra qərarından imtina etmişdi.

Fransa prezidenti Emmanuel Makron isə Səudiyyə Ərəbistan ilə Livan arasında vasitəçi olma təklifini vermiş və Haririnin Səudiyyə Ərəbistandan çıxması üçün yardım edən şəxs olmuşdu.

Aysel Yaqubqızı / Metbuat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR