Azərbaycanda neft gəlirlərinin istifadəsinin yuxarı həddi ilə bağlı fiskal qaydalar artıq hazırlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, bu qaydaların hökumət tərəfindən təsdiq olunması gözlənilir: "Bu fiskal qaydalara Müşahidə Şurasında baxılıb və hökumətin təsdiq etməsi gözlənilir. Neft gəlirlərindən istifadə ilə bağlı müəyyən qayda olacaq və hər il bu qaydaya əsasən hesablanacaq".

Milli.Az