Yuventus-un qapıçısı Canluici Buffon Real-la Çempionlar Liqasının 1/4 final cavab oyunu ilə bağlı fikirlərini bölüşüb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, təcrübəli qolkiper mümkün qədər çıxış etmək istədiklərini bildirib: "Çalışırıq ki, öz oyunumuzu göstərək və lazımi nəticəni əldə edək. Ronaldu heç bir zəif nöqtəsi olmayan futbolçudur. Dünya futbolunun ən lazımlı və həlledici oyunçusudu. İstədiyi vaxt qol vurub, fərqini ortaya qoya bilir"
Buffon sürpriz nəticə göstərə biləcəklərinə olan inamını da ifadə edib: "Tarixdə çoxlu inanılmaz "come-back"lər olub. Həyatda həmişə imkansızı eləməyə çalışmaq lazımdır. Bu, çox önəmli faktordur"
Qeyd edək ki, iki komanda arasındakı ilk matç ispanların 3:0 hesablı qələbəsi ilə başa çatmışdı.
Milli.Az