İranda qəzaya uğrayan təyyarənin qara qutuları Parisə aparılıb

İranda qəzaya düşən və 3-ü heyət üzvü olmaqla 11 qadına məzar olan təyyarənin qara qutuları Parisdə açılıb.

Metbuat.az "Yeni Şafak"a istinadən xəbər verir ki, qəzanın sirri ən gec 10 gün ərzində, hesabat isə ay sonunda hazır olacaq.

"Habertürk" qəzetinin xəbərinə görə, cənazələrdən 10-u faciənin ardından Türkiyəyə gətirilərək, dəfn olunublar. İran idarə üsulu kapitan pilot Beril Gebeşin nəşinin tapılması üçün ərazidə axtarış tədbirlərini davam etdirir.

Qəzanı İran araşdırır. Türkiyədən iki mütəxəssis də dəstək verir. Təyyarənin istehsalçısı Kanadadan da bəzi mütəxəssislər heyətə daxil olub. Uçuş məlumatlarının saxlandığı qara qutular Parisdə bu məsələdə mütəxəssis olan labaratoriyada açılıb və analiz müddəti başladılıb.

Mənbələr, aparılan araşdırmaların ən gec 10 gün ərzində tamamlanacağını, ay sonuna isə qəza ilə bağlı hesabat veriləcəyini bildirib.

Xatırladaq ki, hadisə martın 11-də baş vermişdi.

Aysel Yaqubqızı / Metbuat.az




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR