İki şagirdinə dava etdirən müəllim

İzmirin Tire bölgəsində bir məktəbdə birinci sinifin riyaziyyat müəllimi dərs demək əvəzinə öz stolunda oturub iki şagirdinin dava etməsini seyr edib.

Metbuat.az-ın türk mediasına istinadən verdiyi məlumata görə, bir şagirdin çəkdiyi həmin görüntülərdə uşaqlar bir-birilərinə vurmağa başlayıb, amma müəllim müdaxilə etməyib.

Şagirdlərin mübahisəsi böyüdükdə müəllim vəziyyətin ciddiyətini anlayıb və ayağa qalxıb. Həmin anda kameraya çəkildiyini görən müəllim şagirdinin başına atdığı taxta silgiylə şagirdin başını yaralayıb.

Şagird müəllimindən şikayətçi olmaq fikrindədir.


https://metbuat.az/news/931496/tarixi-bina-yenilen...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR