ABŞ-ın Minneapolis şəhərində bir binanın yeniləmə işləri zamanı qeyri-adi bir hadisə baş verib.
Metbuat.az xəbər verir ki, 100 ildən çox zaman əvvəl tikilmiş binanın 7-ci mərtəbəsində işləyən işçilər havalandırma sistemində bir mumiya tapıb.
Bir meymuna aid olduğu müəyyən edilən mumiya araşdırmaq üçün rəsmilərə təhvil verilib.
Binanı yeniləyən şirkətin rəsmisi Cailin Rocers mumiyanın havalandırma boşluğuna necə düşdüyünü bilmədiklərini, amma 1960-cı illərdə 8-ci mərtəbədə bir “pet shop” olduğunu öyrəndiklərini deyib.