İngiltərə baş naziri Tereza Mey sualtı gəmilərin Suriyaya göndərilməsi ilə bağlı təlimat verib.

Metbuat.az "Daily Telegraph"a istinadən xəbər verir ki, Mey Dumadakı vəziyyətə veriləcək reaksiyanı müəyyən etmək üçün kabineti toplayıb. Son qərar ABŞ və Fransa ilə keçiriləcək görüşlərdən sonra veriləcək.

Şərqi Qutanın Duma rayonunda Suriya ordusunun kimyəvi silah istifadə etdiyi iddiaları hələ ki, doğrulanmayıb. Qərb ölkələri iddialara əsaslanaraq Suriya bazalarına raket hücumu planlaşdırırlar. Son olaraq ABŞ prezidenti Tramp Suriyaya hücum üçün "böyük qərar alacağını" bildirmişdi.

Rusiya isə kimyəvi silah istifadəsi iddialarının əsassız olduğunu bildirib.

Aysel Yaqubqızı / Metbuat.az