Diyarbakır Karapınar bölgəsində 23 may 2017-ci il tarixdə baş verən hadisədə Əbdüllətif Kavut ona xəyanət etdiyini iddia etdiyi 4 uşaq anası, 12 illik həyat yoldaşı Şemsihan Kavutu boş bir əraziyə aparıb, 11 mərmiylə öldürüb.
Metbuat.az-ın türk mediasına istinadən verdiyi məlumata görə, cinayəti törətdiyi “Glock” markalı silahla yaxalan Kavut saxlanılaraq, haqqında cinayət işi açılıb. Məhkəməni tamamlayan prokukorluq gənc qadını öldürən həyat yoldaşı Əbdüllətif Kavutun “ Haqsız təqsirləndirmə ilə həyat yoldaşını qəsdən öldürmək” cinayətindən 18 ildən 24 ilə qədər, öldürməsi üçün gənc qadını həyat yoldaşına təslim etdiyi iddia edilən qardaşı Süleyman Yılmazın isə “ Qəsdən öldürməyə yardım etmə” cinayətindən 15 ildən 20 ilə həbslə cəzalandırılmasını istəyib.
İddianaməyə görə Kavut cütlüyünün bəzi qohumları hadisədən bir gün əvvəl Şemsihan Kavutu təmizlik üçün getdiyi qaynının evində görüblər. İçəri girən qohumlar evdə şkafın içində bir adamın olduğunu öyrəniblər. Qohumların hücum çəkdiyi adam qaçaraq gözdən itib.
Hadisəni görən qohumlar gənc qadının həyat yoldaşına və qardaşına xəbər edib.
İddianamənin qəbul edilməsinin ardından məhbus müqəssir Əbdüllətif Kavut və həbsiz müqəssir Süleyman Yılmazın mühakiməsinə 6-cı Ağır Cəza Məhkəməsində başlanıb. Məhkəmə prokurorluğun tələbinə görə ümumi əxlaq və dövlət təhlükəsizliyi səbəbilə məhkəmənin hamısının qapalı keçirilməsinə qərar verib. Əbdüllətif Kavutun həbs halının davamına qərar verərək, məhkəmə iclası təxirə salınıb.