"Suriya qol güləşi meydanına çevrilməməlidir" - Ərdoğan

"Suriya qol güləşi meydanına çevrilməməlidir" - Ərdoğan
13:59 12 Aprel 2018
72 Digər
Ölkə mətbuatı
A- A+

 

"Qatil Əsədi də, PYD-ni də dəstəkləyənlər səhv edirlər. Biz hər iki yanlışla sona qədər mübarizə aparacağıq".

 

APA-nın xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.

 

Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyatlardan danışan Ərdoğan məqsədlərinə çatana qədər mübarizə  aparacaqlarını vurğulayıb: "Suriyada sabitlik yaradacaq yeganə ölkə bizik, Türkiyədir".

 

 

Ərdoğan Suriyanın Duma şəhərində qeydə alınan kimyəvi hücumdan danışaraq bu məsələni ABŞ və Rusiya ilə müzakirə etdiyini deyib: "Dünən ABŞ dövlət başçısı Donald Trampla telefon danışığım oldu. Bu gün də Rusiya prezidenti Vladimir Putinlə danışacağam. Birlikdə bu kimyəvi qətliamı necə durdura biləcəyimizi müzakirə edəcəyik. Türkiyə olaraq əvvəldən məqsədimiz Suriyada təhlükəsiz gələcəyi təmin etməkdir. Təhlükəsiz mühit yaranana kimi orda fəaliyyətimizi davam etdirəcəyik".

 

Ərdoğan bəyan edib ki, Suriya qol güləşi meydanına çevrilməməlidir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/298677

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR