ABŞ prezidenti Donald Tramp Suriya məsələsində alınacaq qərar haqqında İngiltərə baş naziri Tereza Mey ilə telefon danışığı edib.

Metbuat.az xəbər verir ki, bu barədə Ağ Saraydan rəsmi açıqlama yayılıb. Açıqlamada "iki lider Suriyanın kimyəvi silah istifadəsinə qarşı ortaq cavab verilməsi ilə bağlı müzakirələr ediblər"-fikirləri yer alıb.

Aysel Yaqubqızı / Metbuat.az