"Xudafərin" MMC-nin vəzifəli şəxslərinin məhkəməsi başlayıb

"Xudafərin" MMC-nin vəzifəli şəxslərinin məhkəməsi başlayıb
11:14 13 Aprel 2018
72 Digər
Ölkə mətbuatı
A- A+

Dələduzluqda təqsirləndirilən "Xudafərin" MMC-nin vəzifəli şəxsləri - Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülin cinayət işi üzrə məhkəmə  prosesi başlayıb.

 

Lent.az-ıb məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

 

Təqsirləndirilən şəxsin vəkilləri cinayət işi ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

 

Məhkəmənin hazırlıq iclası aprelin 27-də davam etdiriləcək.

 

Qeyd edək ki, "Xudafərin" MMC-nin vəzifəli şəxsləri - Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

 

Onların barəsində həbs qətimkan tədbiri seçilməyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR