Rusiya Suriyada baş verən gərginliyi həll etmək üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını (BMT TŞ) sabah təcili olaraq toplantıya çağırıb.
Metbuat.az xəbər verir ki, BMT TŞ-nin daimi təmsilçisi Vasili Nebenzya ABŞ-ın Suriyaya ola biləcək hərbi müdaxiləsinə bağlı "Artan təhlükəli gərginlikdən son dərəcə narahatıq. Ümid edirik ki, geri dönüşü olmayan bir nöqtəyə çatılmaz. ABŞ və mütəffiqləri suveren dövlətə hərbi müdaxilədən imtina edər. Əsas məqsədimiz bu vəziyyətdə müharibə təhdidini əngəlləməkdir"-deyib.
Aysel Yaqubqızı / Metbuat.az