Play Store

Ana və atası öldükdən 4 il sonra dünyaya gəldi - Möcüzəli körpə

Çində bir evli cütlük 4 il əvvəl yol qəzasında həyatlarını itirib.

Metbuat.az xəbər verir ki, qəzadan əvvəl uşaq sahibi olmaq istəyən cütlük süni mayalanma üçün embrionlarını dondurmaq qərarı alıblar. Ancaq müalicə tamamlanmadan qəza baş verib.

Cütlüyün ana-atası övladlarının xatirəsini yaşatmaq üçün nəvə sahibi olmaq istəyirdilər. DNT testi etdikdən sonra məhkəmənin qərarı ilə embrionları alan ailə ölkədə daşıyıcı analıq qadağan olduğu üçün Laosa getməyə qərar veriblər.

Burada daşıyıcı ana tapan ailə körpənin Çin vətəndaşı ola bilməsı üçün qadına turist vizası alıblar.

Sağlam şəkildə dünyaya gələn Tiantian adlı körpə valideynlərinin ölümündən 4 il sonra doğulub.

https://metbuat.az/news/932779/meshur-is-adami-alt...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR