UEFA Avropa liqası dörddə bir final mübarizəsində Salzburq ilə Lazio qarşı-qarşıya gəlib.

Metbuat.az xəbər verir ki, qarşılaşmanın ilk yarısında qol səsi çıxmayıb və dövrəyə 0-0 hesabla girilib.

İlk oyunu 4-0 qazanan Lazio 55-ci dəqiqədə Ciro İmmobile ilə önə keçib və əhəmiyyətli bir avantaj qazanıb.

Salzburq isə yalnız 1 dəqiqə sonra hesabı bərabərləşdirib. Salzburq 72-ci dəqiqədə Haidara ilə önə keçib. 74-cü dəqiqədə Havang ilə fərqi ikiyə çıxarıb. Daha sonra 76-cı dəqiqədə Lainer ilə hesabı 4-1 -ə çatdırıb.

Bu nəticəylə Lazio 1-0 önə keçdiyi oyunu 4-1 hesabıyla Salzburqa məğlub olub.


https://metbuat.az/news/932715/vyetnamdan-gelen-ca...