“Yuventus”un qapıçısı Canluici Buffonun “Real”la Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında baş hakim Maykl Oliverə dediyi təhqiramiz sözlər bəlli olub.

Publika.az xəbər verir ki, Buffonun konkret olaraq hakimə “səni neçəyə alıblar, Madrid küçüyü?” dediyi iddia olunur.

Xatırladaq ki, 90+3-cü dəqiqədə Buffona qırmızı vərəqə göstərilməklə yanaşı 3:0 hesabı ilə irəlidə olarkən “Yuventus”un qapısına penalti təyin edilib. Meydan sahibləri penaltini dəqiq yerinə yetirib və iki oyunun nəticəsinə əsasən (1:3, 3:0) yarımfinala vəsiqə qazanıb.