Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev ATƏT Parlament Assambleyasının Büro iclasında iştirak edəcək.
Milli Məclisdən Publika.az-a verilən məlumata görə, millət vəkili bu gün Danimarkanın paytaxtı Kopenhagen şəhərinə səfərə gedəcək.
Büronun iclasında ATƏT PA-nın iyulun 7-11-də Berlində
keçiriləcək 27-ci yay sessiyasında müzakirə olunacaq mövzular və
layihə sənədləri təqdim ediləcək, ATƏT PA-nın fəaliyyəti, seçkilər
üzrə müşahidə missiyalarının hesabatları, keçiriləcək tədbirlər
barədə məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaq.
Azay Quliyev Büro iclasında müzakirəyə çıxarılan məsələlərə dair öz
fikirlərini bildirəcək.
Səfər aprelin 17-də başa çatacaq.