Diplomatlar və azərbaycanlı qadın futbolçular arasında oyunu keçirilib - FOTO

Diplomatlar və azərbaycanlı qadın futbolçular arasında oyunu keçirilib - FOTO
14:39 14 Aprel 2018
134 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda akkreditə olunmuş bir sıra diplomatik missiyalarının 20 nümayəndəsi və Azərbaycanın futbol üzrə qızlardan ibarət milli yığmasının (U19) 10 futbolçusunun iştirakı ilə ölkədə gender bərabərliyini dəstəkləmək üçün yoldaşlıq oyunu keçirilib. Lent.az xəbər verir ki, tərəflər #bərabərliknaminə həştəqi və Dayanıqlı İnkişaf Məqsədləri yazısı olan futbol köynəklərində çıxış ediblər.

 

Tədbiri  Birləşmiş Millətlər Təşkilatı (BMT), Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Missiya Rəhbərləri Xanımlarının Təşkilatı (HOMS) və Meksika səfirliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil ediblər.

 

“İdmanın qadın və qızların səlahiyyətləndirilməsi, onların həyat bacarıqları və yeni imkanlar əldə etməsi işində böyük potensialı var,” BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzai açılış çıxışında söyləyib. “BMT qızlar və qadınların səlahiyyətləndirilməsi səylərini dəstəkləmək üçün dövlət qurumları və vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlığı davam etdirəcək.”

 

YUNESKO-nun Bədən Tərbiyəsi və İdman üzrə Beynəlxalq Nizamnaməsinin birinci bəndinə əsasən, “bədən tərbiyəsi və idman hamının təməl haqqıdır”. Bugünkü tədbirə qoşulan gənc futbolçular meydanda olmaqla fiziki güc və liderlik qabiliyyətlərini nümayiş etdirirlər, eləcə də peşəkar fəaliyyətləri ilə gender bərabərliyini təşviq edirlər.

 

Azərbaycan dünya şöhrətli qadın atletlərin vətənidir. Onlar arasında Olimpiya oyunlarında güləş üzrə 3 medal qazanmış Mariya Stadniki, stend atıcılığı üzrə iki Olimpiya medalı əldə etmiş Zemfira Mehtəhəddinovanı, güləş üzrə Olimpiya bürünc mükafatçısı Patimat Abakarova və Avropa Çempionatının bürünc, ilk Avropa Oyunlarının isə gümüş mükafatçısı olmuş Fəridə Əzizovanı qeyd etmək olar.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/298844

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR