Fransa prezidenti Emmanuel Makronun "Trampı Suriyada qalması üçün razı saldıq" sözlərini Ağ Ev yalanlayıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir kİ, Donald Trampın Suriyadakı Amerika əsgərlərini geri qaytarmaq fikrində olduğunu bildirən Ağ Ev sözçüsü Sarah Sanders deyib:

"ABŞ-ın Suriyadakı missiyası dəyişməyib. Prezident Tramp ABŞ qüvvələrinin ən qısa müddətə geri dönmələri məsələsində çox açıq danışıb".

Sanders Makronun bəzi Fransız kanalları və radiolarında yayımlanan çıxışlarından sonra verdiyi yazılı açıqlamada, "Suriyada olmağımızın səbəbi İŞİD ilə mübarizədir. İŞİD-i tamamilə əzməkdə qərarlıyıq. Bundan başqa, regional müttəfiqlərimiz və partnyorlarımızın bölgəni təhlükəsiz hala gətirmək üçün həm hərbi, həm də maliyyə cəhətdən daha məsuliyyətli olmalarını gözləyirik" - deyib.

Aysel Yaqubqızı / Metbuat.az