Mövlud Çavuşoğlu NATO baş katibi ilə

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu və NATO baş katibi Yens Stoltenberq Ankarada birgə mətbuat konfransı keçirib.

Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, nazir çıxışında Stoltenberqə dəstəyin davam edəcəyini bildirərək deyib:

"NATO-dan terrorla mübarizədə daha çox dəstək gözləyirik. İkili standart və ayrı-seçkiliyə qarşıyıq. Terror təşkilatlarının hamısına qarşı birlikdə mübarizə aparmalıyıq. Digər müttəffiqlərin də bu nöqtəyə gəlməsini arzu edirik. NATO da Türkiyənin gözləntilərini qarşılamalıdır".

NATO baş katibi isə sözlərinə "Ankaraya yeddinci gəlişimdir, bu qədər ziyarət etdiyim başqa bir ölkə olmayıb"-deyərək başlayıb.

"Türkiyə ittifaqda açar rolunu oynayan müttəffiqdir. İŞİD-lə mübarizə üçün NATO təyyarələri Konyadan havalanır. Əfqanıstanda da Türkiyə önəmli bir missiyanı yerinə yetirir. Başqa heç bir NATO nümayəndəsi Türkiyə qədər terror hücumuna məruz qalmayıb. Türkiyə 3.5 milyondan artıq mühacirə ev sahibliyi edir.

Bu gün NATO-nun İyul ayında Brüsseldə keçiriləcək görüşünü müzakirə etdik. Çavuşoğlu, Afrin hərəkatı barədə məni məlumatlandırdı".

Jurnalistlərin suallarını cavablandıran Xarici İşlər naziri Çavuşoğlu isə, Fransa prezidenti Makrona cavab verib:

"Bir Prezidentə yaraşan şəkildə açıqlama gözləyirik. Makronun açıqlamaları yalanlandı. Üçlü zirvə görüşündən öncə Makron Ankaraya gəlmək istədiyini cənab Prezidentimizə deyib. Rusiya və İran məlumatlandırıldı, İran isə zirvə toplantısının ardından Fransa ilə görüşərik dedi. Dəvət edilmədiyi üçün gəlmədi. Bu barədə danışmaq istəməzdik, ancaq doğruları deyək ki, hər kəs bilsin.

Bizim Rusiya ilə əlaqəmiz Fransa prezidentinin ayıracağı qədər zəif deyil. Rusiya ilə güclü münasibətimiz var. Bu növ açıqlamalar doğru açıqlamalar deyil. Biraz daha ciddi olmağa dəvət edirik.

Bir çox avropalı dostumuz işin ciddiyətindən uzaq, populizmə üstünlük verir".

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR