İsveçrəli təbiətsevərlər “plogging” adlı yeni bir idman çılğınlığı kəşf ediblər.

Metbuat. az xəbər verir ki, bu fikir qısa müddətdə bütün soial şəbəkələrdə böyük marağa səbəb olub.

Fikir İsveçrədən çıxmış olsa da bütün dünyada öz təsirini götərməyə başlayıb.

Bu yeni fikirdə bir tərəfdən qaçaraq artıq çəkilərdən xilas olmaq, digər tərəfdən qaçarkən yerdəki plastik butulkaları, konserv qutularını yığmaq nəzərdə tutulur.

İsveçrə mərkəzi fitness proqramı Lifesum adi məşqlərin 30 dəqiqədə 235 kalori yandırdığını, "plugging" ilə 30 dəqiqədə ən az 288 kalori yandırmanın mümkün olduğunu deyib

Həm də qaçarkən yerdən bir şey almaq üçün əyilmənin çox böyük nəticəsi olduğunu da bildiriblər.

Hər kəsin “plogging”-dən istifadə forması fərqlidir. Bəziləri yerdən götürdüklərini paltarının bir kənarına sıxışdırır, bəziləri isə zibil zənbillərinə yığaraq qaçarkən özləri ilə daşıyırlar.

Sosial şəbəkədə yeni çılğınlıq

Sosial şəbəkədə yeni çılğınlıq

Sosial şəbəkədə yeni çılğınlıq

https://metbuat.az/news/935021/reqqase-qadinlar-te...