ABŞ-ın 41-ci prezidenti ata Corc Buşun həyat yoldaşı Barbara Buş 93 yaşında dünyasını dəyişib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Buş ailəsinin sözçüsü Cim Makqraf açıqlama verib. Açıqlamada bildirilib ki, Buş dünən vəfat edib və onun dəfn mərasimi ilə bağlı əlavə məlumat veriləcək.

Barbara Buşun oğlu, eyni zamanda ABŞ-ın 43-cü prezidenti oğul Corc Buş anasının vəfatı ilə bağlı yazılı açıqlama verib.

"Barbara Buşun oğlu olduğum üçün şanslı insanam. Ailəmiz onun üçün çox darıxacaq və bu çətin müddətdə yanımızda olduğunuz üçün hər birinizə təşəkkür edirəm"-deyə bildirib.

Aysel Yaqubqızı / Metbuat.az