Türkiyənin Siirt bölgəsinin Pervari rayonunda terrorçulara qarşı əməliyyat keçirilib.
Metbuat.az "Yeni Şafak"a istinadən xəbər verir ki, Türk Hava Qüvvələri Yazlıca dağında terror təşkilatı PKK-ya qarşı havadan hücum edib. Hücum zamanı 7 terrorçu zərərsizləşdirilib.
Bölgədə əməliyyatlar davam edir.
Aysel Yaqubqızı / Metbuat.az