Rusiya Federasiyasına bağlı Başqırdıstan Respublikasının Sterlimak şəhərindəki məktəbdə qanlı hadisə baş verib.

Metbuat.az "Miliyyet"ə istinadən xəbər verir ki, 17 yaşlı şagird müəllimini və sinif yoldaşını bıçaqlayıb. Daha sonra sinif otağını yandıraraq özünü də bıçaqla yaralayıb.

Hadisə yerinə dərhal yanğınsöndürmə briqadaları və təcili yardım gəlib.

Yaralanan 3 şagird və müəllim xəstəxanaya aparılıb.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Aysel Yaqubqızı / Metbuat.az