Benqazidə Liviya milli ordusunun rəhbəri Xəlifə Xəftarın qərargah rəisi Abdelrazak əl-Nadxariyə sui-qəsd cəhdi olub.
Milli.Az Trend-ə istinadən bildirir ki, qərargah rəisinin avtomobilinin yaxınlığında partlayıcı maddə ilə doldurulmuş avtomobil partladılıb. Hadisə nəticəsində bir nəfər həlak olub, bir nəfər isə yaralanıb, qərargah rəisi xəsarət almayıb.
Abdelrazak əl-Nadxari baş verən hücumda Benqazidə fəaliyyət göstərən terror qruplaşmalarını günahlandırıb.
Milli.Az