Ərzurumda FETÖ nümayəndəsi olduğu və təşkilatın rəhbəri Fətullah Gülənə bağlılığını göstərmək üçün "Mən Gülənin itiyəm" dediyi iddia olunan şəxs həbs edilib.

Metbuat.az "Yeni Şafak"a istinadən xəbər verir ki, həbs olunan Atatürk Universiteti Mühəndislik fakültəsindən təqaüdçü professor Sabri Çolak 3-cü Ağır Cəza Məhkəməsində məhkəmə prosesinə şübhəli məhbus kimi qatılıb.

Çolak haqqında deyilən iddiaları rədd edərək bildirib:

"Təşkilat nümayəndəsi, ya da idarəçisi deyiləm. Heç kimə əmr vermədim, əmr almadım. Fətullah Gülən ilə bir neçə dəfə görüşmüşəm".

Məhkəməni qərara bağlayan hakim Çolağı "silahlı terror təşkilatı qurmaq və ya idarə etmək" cəzasından 7 il 6 ay həbsə məhkum edib.

Aysel Yaqubqızı / Metbuat.az