İranda 5,9 bal gücündə zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, zəlzələ İranın cənubunda Buşir əyalətində qeydə alınıb. Zəlzələnin episentri Kaki şəhərindən 3 kilometr məsafədə, yerin 18 kilometr dərinliyində olub.

İnsan tələfatı və dağıntılar barədə hələ ki, məlumat yoxdur.