Meteohəssas insanlar, bu havalarda ehtiyatlı olun!

Havada istər atmosfer təzyiqinin, nisbi rütubətliliyin, istərsə də, temperaturun cüzi dəyişməsi, meteohəssas insanlara təsir edir. Biz adətən hava proqnozlarında “Meteohəssas insanlar, diqqətli olun”, “Meteohəssas insanlara xəbərdarlıq” kimi ifadələri görürük. Bəs meteohəssas insanlar kimlərdir?

Bu barədə həkim-kordioloq Afiyyədin İsgəndərov Metbuat.az-a açıqlamasında deyib ki, meteohəssas insanlar əsasən, ürək-damar sistemi, bronxial astma, yuxarı tənəffüs yolları, revmatik xəstəliklərdən əziyyət çəkirlər.

“El arasında revmatizma dediyimiz revmatik xəstəliklərdən əziyyət çəkən insanlar temperaturun dəyişməsini daha tez hiss edirlər. Havanın qəfil dəyişməsi, güclü küləklər bronxial astmalı xəstələrdə astma tutmalarının tez-tez baş verməsinə səbəb olur. Fəsillərin, atmosfer təzyiqinin dəyişməsi xüsusilə, arterial hipertenziyalı xəstələrdə daha qabarıq hiss olunmağa başlayır".

Meteohəssas insanlar ehtiyatlı olmalıdır

Həkimin sözlərinə görə, belə insanlar müalicə aldıqları dərmanları müntəzəm qəbul etməli, riskli vəziyyət varsa, qapalı məkanda qalmalı, açıq havaya çıxmamalı və mütləq şəkildə ən cüzi narahatlıqda belə həkimə müraciət etməlidirlər.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR