Nüşabə Ələsgərli ailəsindəki faciədən DANIŞDI

ARB TV-nin “Sirdaş Rövşanə” proqramının növbəti ekspert qonağı müğənni Nüşabə Ələsgərli olub.

Metbuat.az xəbər verir ki, məşhur müğənni proqramda anası və bacısının dünyalarını dəyişməyindən danışıb:

“Hər kəsə öz anası şirindi. Anam öləndən sonra dünyam dəyişdi. Ondan 2 ay sonra da bacım rəhmətə getdi. Onkoloji xəstə idi. Böyük bir stress yaşadım. Amma insanları sevməyi mənə anam öyrədib. Anam hər şeyim idi. Ailədə 5 uşaq idik. İndi 4 uşağıq. Bacımın uşaqlarına da köməklik edirəm. Anam bacımın rəhmətə getməsini görmədi. Anam bacımın xəstə olduğunu biləndə sağlam idi. Anam əllərini açıb göyə dedi ki, Allah, sən mənə balamın pis gününü göstərmə. Sağlam qadın bacımdan 2 ay əvvəl rəhmətə getdi”.

Dünyanın ən təhlükəli hava limanı - Baxın necədir?/ FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR